Əfqanıstan höküməti həbsxanalarda olan talibləri azadlığa buraxacaq

03:00 11-03-2020 339

Əfqanıstan Prezidenti Əşrəf Qani həbsxanalarda olan “Taliban” qruplaşmasının üzvləri ilə bağlı əvf fərmanı imzalayıb.

“TOLO News” xəbər verir ki, onların azadlığa buraxılması prosesi martın 13-ü başlayacaq.

Prezident fərmanının detalları martın 11-i elan ediləcək.

Xatırladaq ki, cari ilin fevralın 29-u Qətərin paytaxtı Dohada ABŞ və “Taliban” arasında sülh anlaşması imzalanıb.

Anlaşmanı ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və “Taliban”ın rəhbərinin müavini Abdulla Qəni Baradar imzalayıblar.

Lakin anlaşmanın imzalanmasından iki gün sonra “Taliban” Əfqanıstan hökümətinə qarşı döyüşləri bərpa edib.