Türkiyədə koronavirus təsbit edildi

03:20 11-03-2020 318

Türkiyədə ilk dəfə koronavirusa yoluxma halı təsbit edilib. Xəstəliyə yoluxan kişinin vəziyyəti sabitdir.

“Haber Global” xəbər verir ki, bunu Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca bəyan edib.

“Həmin kişi Avropada yoluxub və hal-hazırda cəmiyyətdən təcrid edilib. Həmçinin onun ailəsi həkimlərin nəzarəti altındadır”, - deyə nazir qeyd edib.

O, Türkiyə vətəndaşlarına zərurət olmadan xaricə getməməyi tövsiyyə edib.

“Təşvişə də gərək yoxdur. Bütün lazımi tədbirləri görürük. Bir xəstə bütün cəmiyyət üçün təhlükə mənbəyi ola bilməz”, - deyə F.Koca əlavə edib.