Hindistanda dini ayində iştirak edən kahin diri-diri yanacaqdı – VİDEO

09:00 11-03-2020 384

Hindistanın Ramanaqar şəhərində təhlükəli dini ayini izləməyə toplaşan insanlar bədbəxt hadisənin şahidi olublar.

“Live Leak” xəbər verir ki, yerli kənd məbədinin kahini Kariyappa əllərində bütü tutaraq yanan közlərin üzərindən qaçmalı imiş.

Lakin 40 yaşlı kahin qaçarkən müvazinətini itirib və közlərin üzərinə yıxılıb.

Xoşbəxtlikdən Kariyappa dərhal ayağa qalxaraq qaçmağa davam edib.

Lakin ayin onun istədiyi kimi bitməyib.

Müxtəlif dərəcəli yanıqlara məruz qalan kahin həkimlərə müraciət etməli olub.