Vahid Ələkbərov 2,1 milyard dollar itirdi

16:00 11-03-2020 327

Neft qiymətlərinin aşağı düşməsindən ən çox zərər çəkən ölkələr arasında yer alan Rusiyanın neft şirkətlərinin ortaqlarının şəxsi sərvətləri sürətlə azalıb.

Bu barədə “Haber Global” “Forbes”a istanadən məlumat yayıb.

“LUKoil”un prezidenti Vahid Ələkbərovun sərvəti neft qiymətlərindəki azalma səbəbindən 2,1 milyard dollar azalıb və 19,9 milyard dollara bərabər olub. Moskvanın “Spartak” futbol klubunun sahibi - neft milyarderi Leonid Fedun bu müddətdə 904 milyon dollar zərərə uğrayıb. Onun şəxsi sərvəti 8,3 milyard dollara enib. Daha bir milyarder Vladimir Potaninin sərvəti 613 milyon dollar azalaraq 25,9 milyard dollara qədər geriləyib.

Neft qiymətlərində yaranmış böhran vəziyyəti Gennadi Timçenkoya 594 milyon, Oleq Deripaskaya 528 milyon, Mixail Fridmana isə 472 milyon dollar zərər vurub.