Meyvezerin uşaqlarının anası ölü tapıldı

20:40 11-03-2020 423

Məşhur amerikalı boksçu Floyd Meyvezerin üç uşağının anası Cozi Harris öz maşınında ölü tapılıb.

Bu barədə TMZ məlumat yayıb.

Qırx yaşlı Harrisin cəsədini polisə daxil olan telefon zəngindən sonra aşkarlayıblar. Hələlik nə zəng edənin kimliyi, nə də qadının ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, Meyvezerlə Harris 1995-2010-cu illərdə sevgili olublar. Bu müddət ərzində onların iki oğlu, bir qızı dünyaya gəlib.

2010-cu ilin sentyabrında Meyvezer Harrisi uşaqlarının gözü qarşısında döydüyü üçün iki aylıq həbs həyatı yaşayıb. Harris Meyvezer tərəfindən dəfələrlə zorakılığa məruz qaldığını bildirib.