BMT-nin baş katibi ölkələri koronavirusla mübarizədə daha fəal olmağa çağırdı

02:40 12-03-2020 308

BMT-nin baş katibi Antoniu Quterreş dünya ölkələrinin hökümətlərini koronavirusa qarşı mübarizədə daha fəal olmağa çağırıb.

“RİA” novosti xəbər verir ki, martın 11-i Ümumdünya Səhiyyə Təşkilatı koronavirus xəstələyinin yayılmasını pandemiya kimi qiymətlədnirib.

Hal-hazırda dünyanın yüzdən çox ölkəsində təxminən 120 min nəfər koronavirusa yoluxub.

Onlardan dörd mini artıq həyatını itirib.