“Liverpul” Çempionlar Liqası ilə vidalaşdı - VİDEO

03:20 12-03-2020 484

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində “Liverpul” “Atletiko”ya məğlub olub.

“Lenta.ru” xəbər verir ki, görüş “Enfild” stadionunda baş tutub.

İlk qolu 43-cü dəqiqədə Jorjinyo Veynaldum vurub. Bundan sonra əsas vaxtda qol vurulmayıb.

94-cü dəqiqədə Roberto Firmino hesabı 2:0 edib.

Lakin “Atletiko” Fernando Lyorentenin (97, 105) və Alvaro Moratanın (120) qolları ilə “Liverpul”un bütün ümidlərini puça çıxardıb.