Kalininqradda cinayətkar ailəni insanların gözü qarşısında güllələdi – VİDEO

04:00 12-03-2020 402

Rusiyanın Kalininqrad şəhərində müşahidə kameraları bir ailənin güllələnməsini lentə alıb.

“Ren TV” xəbər verir ki, kadrlarda 63 yaşlı Fazil Bəhramovun əlində “Sayqa” silahı ilə sahibkar Vadim Yanqolenkoyu güddüyünü görmək olar.

Həmin zaman V.Yanqolenko hamilə həyat yoldaşı və 13 yaşlı oğlu ilə gəzintiyə çıxıbmış.

Onları görən cinayətkar gizləndiyi yerdən çıxaraq hər üçünə atəş açıb.

Ağır güllə yarası alan V.Yanqolenko yerə yıxılaraq oradaca keçinib.

Onun həyat yoldaşı yaxında duran maşının arxasında gizlənməyə çalışsa da, F.Bəhramov ona yaxınlaşaraq bir neçə atəş açıb.

Qadın aldığı yaralardan dünyasını dəyişib.

Bundan sonra cinayətkar 13 yaşlı yeniyetməni qətlə yetirməyə çalışıb. Oğlan yaralansa da sağ qalmağı bacarıb.

Hal-hazırda cinayətkar həbs edilib.

Məlumata əsasən, ölən cütlük tərəvəz alveri ilə məşğul olurmuş. Onlar F.Bəhramovla münaqişədə olub, iş hətta məhkəməyə gedib çatıb.