İran vurulan Boeing 737 təyyarəsinin “qara qutularını” Ukraynaya verəcək

06:20 12-03-2020 360

İran ölkənin hava məkanında vurulan Boeing 737 sərnişin təyyarəsinin “qara qutularını” Ukraynaya təqdim etməyə razılıq verib.

“Faktı” xəbər verir ki, bunu Ukraynanın Kanadakı səfiri Andrey Şevçenko bildirib.

Onun sözlərinə görə, İran nümayəndəsi Fərhad Pərvəreş “qara qutularla” bağlı ortaya bir şərt qoyub.

O, əlavə ekspertiza zərurəti yarandıqda “qara qutuların” Fransaya verilməli olduğunu vurğulayıb

Xatırladaq ki, 2020-ci ilin yanvarın səkkizində iranlı hərbçilərin ölkənin hava məkanında uçan Boeing 737 təyyarəsini vurublar.

Təyyarədə olan 176 nəfərin hamısı həlak olub.