ABŞ-da cütlük min dollar məbləğində pivə oğurladı

07:20 12-03-2020 386

ABŞ-ın Luiziana ştatında cütlük bir həftə ərzində bir neçə dükanı qarət edib.

“Luisiana Post” xəbər verir ki, bu müddət ərzində 32 yaşlı Eşli və 35 yaşlı Metyu Forbs dükanlardan min dollar məbləğində pivə oğurlayıb.

24-29 fevral tarixlərində onlar iki dükanı altı dəfə qarət ediblər.

Cütlük oğurluq edərkən müşahidə kameralarına düşüb və qısa zamanda polis tərəfindən həbs edilib.