İranda COVID-19-a görə bütün idman fəaliyyətləri dayandırıldı

09:40 12-03-2020 415

İranda çoxsaylı ölümlərə səbəb olan COVID-19 yeni tip koronavirusu səbəbilə aprelin 20-dək bütün idman fəaliyyətləri ləğv edilib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Qərar İranın Koronavirus Komitəsi ilə İdman və Gənclər Nazirliyi tərəfindən qəbul olunub.

Futbol üzrə əsas liqa da daxil olmaqla, bütün idman tədbirləri dayandırılıb.