ABŞ Avropadan bu ölkəyə gələnlərə qadağa qoydu

10:20 12-03-2020 342

ABŞ martın 13-dən başlayaraq Avropa İttifaqı (Aİ) ölkələrindən gələnlərə girişi qadağan edəcək.

Vedomosti.ru yazır ki, ABŞ prezidenti Ağ Evdən əhaliyə müraciət edərək, 30 gün müddətinə qadağa tətbiq edildiyini açıqlayıb.

Tramp Aİ səlahiyyətlilərini ABŞ-dan fərqli olaraq koronavirusun yayılmasının qarşısını ala bilməməkdə günahlandırıb:

“Avropa İttifaqı oxşar tədbirlər görməyə, Çindən və digər isti ərazilərdən gələn səyahətləri məhdudlaşdıra bilmədi”.

ABŞ prezidenti məhdudiyyətlərin britaniyalılar və koronavirus testindən keçmiş amerikalılar üçün nəzərdə tutulmadığını bildirib.

Xatırladaq ki, ABŞ-ın 24 ştatında və paytaxt Vaşinqtonda koronavirusa görə fövqəladə vəziyyət elan edilib.