Yeddi nəvəsi olan 56 yaşlı baba gənc görünməyinin sirrini açıqlayıb - FOTO/VİDEO

16:00 12-03-2020 419

56 yaşının olmasına baxmayaraq, 30 yaşlı gənc kimi görünən Endi Uilkinson özünün gənc görünüşünün sirrini açıqlayıb. Bu barədə “Daily Mail” xəbər yayıb.

Məlumata görə, Britaniyanın Koventri şəhərindən olan Uilkinson beş il əvvəl biznesi tərk edərək idmanla məşğul olmağa başlayıb. Bir müddət sonra o, yerli idman zallarının birində fitnes-məşqçi kimi işə düzəlib. 

Üç yetkin qızı və yeddi nəvəsi olan Endinin sözlərinə görə, o belə cavan görünüşünə görə mütəmadi fiziki məşqlərə borcludur. 

“Adətən, insanlar mənim yeddi nəvəsi olan baba olduğuma inanmır. Bir çox gənc qızlar isə “Instagram”da mənimlə tanış olmaq istəyirlər”, - deyə o bildirib.

Uilkinson gənc görünüşündə həmçinin genlərin rol oynadığını vurğulayıb.

O, düzgün qidalanma və sağlam yuxuya önəm verdiyini, zərərli qidalardan və qida əlavələrindən tamamilə imtina etdiyini deyib. 

Endi hesab edir ki, hər bir insan özünü yaxşı formada saxlaya bilər.