Sərnişinlərlə dolu avtobus gülləbaran edildi - VİDEO

19:40 12-03-2020 408

Sərnişinlərlə dolu avtobus gülləbaran edilib. Dəhşət anları ictimai nəqliyyatın müşahidə kameraları tərəfindən qeydə alınıb.

“HaberGlobal”ın məlumatına görə, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Kadrlardan görünür ki, bir avtomobildən yolda hərəkətdə olan avtobusa dalbadal atəş açılıb.

Sərnişinlər və sürücü panikaya düşüblər, sonra isə yaralının olub-olmadığını yoxlayıblar. 

Hadisə ilə bağlı polis istintaqa başlayıb, dörd nəfər saxlanılıb.