Koronavirusa yoluxan dünya şöhrətli aktyor və arvadının diaqnozdan sonra ilk FOTOSU

14:00 13-03-2020 582

Məşhur Hollivud ulduzu Tom Henks və xanımı Rita Uilsonun koronavirusa yoluxduqdan sonra ilk fotoları yayaımlanıb. “HaberGlobal”ın məlumatına görə, görüntünü amerikalı aktyor özünün “Instagram” hesabında paylaşıb.

Aktyor hamı ilə salamlaşdıqdan sonra bunları yazıb: “Burada bizə yaxşı qulluq edən hər kəsə təşəkkür edirəm. COVID-19-umuz var və karantindəyik. Ona görə, virusu başqalarına yaymırıq. Mütəxəssislərin tövsiyələrinə diqqət edərək, özümüzə və bir-birimizə diqqətlə yanaşaraq, bunu bacara bilərik. Görə biləcəyimiz işlər var, deyilmi? Unutmayın, hər şeyə rəğmən beysbolda ağlamaq yoxdur!”