Yas mərasimlərinin keçirilməsi qadağan edildi

20:20 13-03-2020 377

Sabahdan Azərbaycanda dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan xəbər verilib.

Qeyd edək ki, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq olunacaq.