Nazirlər Kabineti rəsmisi COVID-19-a yoluxanların vəziyyətindən danışdı

21:20 13-03-2020 344

“Koronavirus aşkarlanan xəstələrin vəziyyətləri yaxşılaşmağa doğru gedir”

HerGun.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat Kxidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, 1938-ci il təvəllüdlü xəstənin vəziyyəti ağır stabil olaraq qalır:

“Müalicəsi üçün tədbirlər davam etdirilir”.

Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib ki, bu gün dörd nəfərdə koronavirus xəstəliyi aşkar edilib:

“Hazırda Azərbaycanda koronavirus pandemiyasına (COVID-19) yoluxanların sayı 19 nəfərdir”.

İlhamə Əbülfət