Azərbaycanda dərslər yenidən təxirə salına bilər - RƏSMİ

22:00 13-03-2020 342

“Təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı müddət uzadıla bilər”.

HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, hazırda martın 27-dək təhsil müəssisələrində tədris dayandırılıb:

“Həmin vaxta bir neçə gün qalmış ölkədəki vəziyyət qiymətləndirilə bilər. Daha sonra dərslərin dayandırılması ilə bağlı vaxtın uzadılıb-uzadılmaması barədə qərar verilə bilər”.

İlhamə Əbülfət