Bakıda avtomobil yandı – FOTO

05:00 14-03-2020 395

Bakıda minik avtomobili qəfil yanıb.

“Report”un məlumatına görə hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Mərdanov qardaşları küçəsində dayanmış 99-SA-813 dövlət nömrə nişanlı “Passat Volkswagen” markalı avtomobil arxa hissədən alışaraq yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın söndürülüb. 

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin yanğının təsirindən onun yanında dayanan digər avtomobilə də ziyan dəyib.