Fransada ilk peşəkar futbolçu COVID-19-a yoluxdu - FOTO

05:20 14-03-2020 307

Fransada peşəkar klubun futbolçuları arasında koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb. 

“L'Equipe” xəbər saytının məlumatına əsasən, “Trua” klubunun oyunçusu Xen Çjun Sukun COVID-19 testi müsbət nəticə verib.

Cənubi Koreyadan olan futbolçu ilə yanaşı, “Trua”nın digər oyunçusunun da virusa yoluxduğu bildirilir. Adı çəkilməyən futbolçunun gənclər komandasının tərkibində oynadığı qeyd edilir.

Hər iki idmançının artıq təcrid olunduğu bildirilir.