Ronaldinyo çoşqa uğrunda mübarizə apara bilər

06:20 14-03-2020 545

Kataloniyanın “Barselona” klubunun və Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Ronaldinyo Paraqvayda futbol üzrə həbsxana turnirində iştirak edə bilər. 

Bu barədə Sport.es məlumat verir.

Bildirilir ki, turnirdə qalib gələnə 16 kiloqramlıq çoşqa mükafat veriləcək.

Ronaldinyonun hələlik yarışda iştirak edib-etməyəcəyinə dair qərar vermədiyi qeyd edilir.

Məlumata əsasən, məşhur futbolçunu bir neçə həbsxana komandalsı öz sıralarında görmək istəyir.

Xatırladaq ki, martın 7-də Paraqvay Məhkəməsinin qərarı ilə Ronaldinyo həbs edilib. Belə ki,  məşhur idmançı, eləcə də onun qardaşı və agenti Roberto de Assis Moreyrin nömrəsində saxta şəxsiyyət vəsiqələri tapılıb.

İdmançının vəkili Adolfo Marin Folye bildirib ki, Ronaldinyonun ona saxta sənədlərin verildiyindən xəbəri olmayıb.