İtaliyada sutka ərzində COVID-19-dan rekord ölüm hadisəsi qeydə alınıb

08:00 14-03-2020 377

İtaliyada martın 13-də sutka ərzində 250 nəfər yeni tipli koronavirus xəstəliyindən dünyasını dəyişib. 

Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrellinin sözlərinə əsasən, xəstəlik baş qaldırandan bəri ümumilikdə 1266 nəfər dünyasını dəyişib.

“İtaliya COVID-19-a  yoluxmuş şəxslərin ümumi sayı 17660 nəfərə çatıb, hal-hazırda onlardan 1439 nəfəri sağalaraq evlərinə buraxılıb”, - deyə Borrelli bildirib.

 O qeyd edib ki, ölənlərin orta yaşı 80-dən çoxdur.