Karantinə alınmış gəmidən görüntülər - VİDEO

11:40 14-03-2020 514

Üç heyət üzvü və iki sərnişində koronavirus aşkar olunduğuna görə, karantinə alınmış “Costa Magica” kruiz gəmisində baş verənlər barədə görüntülər paylaşılıb.

Görüntüləri Lenta.ru saytına gəmidə olan rusiyalı sərnişin Oleq Ovçinnikov göndərib.

“Koronavirus xəbərindən sonra gəmidə internet və içkilər pulsuz oldu. Ancaq internet indi yoxdur, şəkil göndərmək mümkün deyil. Heyət üzvləri daim maskada gəzirlər. Gəmi dezinfeksiya edilir”, - deyə rusiyalı sərnişin bildirib.

Qeyd edək ki, Karib dənizindəki Martinika adası yaxınlığında lövbər atan gəminin üç heyət üzvündə və iki sərnişində koronavirus aşkarlanıb.