“Neftçi” fəaliyyətini dayandırdı

15:20 14-03-2020 443

“Neftçi” Peşəkar Futbol Klubu fəaliyyətini müvəqqəti dayandırıb. 

Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı açıqlama yayıb. 

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, “Neftçi” PFK kollektivin sağlamlığını nəzərə alaraq, koronavirusa yoluxmaq riskini azaltmaq məqsədi ilə bütün fəaliyyətini bir neçə müddətə dayandırıb. 

Klub növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcəyini vurğulayıb.