COVID-19-a görə yaranan panikanı axmaqlıq adlandıran Mask 5,5 milyard dollar itirdi

08:00 15-03-2020 414

“SpaceX” aerokosmik şirkətinin təsisçisi və “Tesla”nın rəhbəri İlon Maskın sərvəti  son bir həftədə 18% azalıb.

Bu barədə “Forbes” yazır.

Belə ki, “Tesla”nın səhmlərinin dəyərinin 22% düşməsi fonunda Mask 5,5 milyard dollar itirib.

Hazırda onun sərvəti  31,1 milyard dollara müvafiqdir. 

Qeyd edək ki, Maskın şirkətinin səhmlərinin dəyəri ABŞ bazarlarının 1987-ci ildən bəri ən böyük çökməyi fonunda düşüb. Belə ki, “Dow Jones”, “S&P 500” və “NASDAQ”ın indeksləri təxminən 10% azalıb. Nəticədə, dünyanın 20 ən zəngin insanı ümumilikdə təxminən  80 milyard dollar itirib.

Xatırladaq ki, İlon Mask koronavirusa görə  cəmiyyət arasında yaranmış panikanı martın 6-da özünün bloqunda axmaqlıq adlandırmışdı. O, belə bir bəyanatı epidemiyanın “Tesla”nın da işinə təsir etməsinə baxmayaraq etmişdi. Belə ki, yanvar ayının sonunda Çinin avtomobil akkumulyatorları, eləcə də “Model 3” və “Model Y” istehsal edən “Gigafactory” zavodu bağlanmışdı.