Ermənistanda ötən gün 7 nəfər koronavirusa yoluxub

08:40 15-03-2020 371

Ermənistanda ötən sutka ərzində daha 7 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə naziri Arsen Torosyan özünün “Facebook” hesabında yazıb.

“Hazırda ölkədə COVID-19-a yoluxanların ümumi sayı 20 nəfərə çatıb”, - deyə Torosyan bildirib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusun pandemiya olduğunu  elan etmişdi. Hazırda 130-dan çox ölkədə 120 mindən çox insan koronavirusa yoluxub.