Olimpiya məşəli bağlı qapılar arxasında ötürüləcək

19:40 15-03-2020 56

Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının məşəlinin Təşkilat Komitəsinə ötürülmə prosesi martın 19-da bağlı qapılar arxasında baş verəcək. 

“Report”un Yunanıstan Olimpiya Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, koronavirus epidemiyası ilə əlaqədar azarkeşlər və jurnalistlər prosesi izləməyə buraxılmayacaqlar. 

Tokio-2020 Olimpiadası 24 iyul - 9 avqustda keçirilməlidir. Epidemiya üzündən bir sıra tədbirlər ləğv olunub və ya təxirə salınıb.  

Lakin Oyunların təxirə salınacağına dair xəbərlər hələ yoxdur.