İtaliyada son sutkada koronavirusdan ölənlərin sayı 300-ü keçib

23:00 15-03-2020 309

İtaliyada son gün ərzində koronavirusdan ölənlərin sayı 368 nəfər təşkil edib. 

TASS xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin başçısı Ancelo Borrelli bildirib. 

O qeyd edib ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 1809 nəfərə çatıb. 

Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 20603 nəfərdir. 

Daha əvvəl İtaliyada koronavirusdan 1441 nəfərin öldüyü, 17750 nəfərin yoluxduğu bildirilirdi.