Nigeriyada neft borusunda partlayış: çoxlu sayda ölənlər var – VİDEO

05:40 16-03-2020 412

Nigeriyanın Laqos ştatında yerləşən Festak şəhərində neft borusu partlayıb.

“Nairametrics” xəbər verir ki, partlayış nəticəsində 15 nəfər ölüb, 60 nəfər xəsarət alıb.

Bundan əlavə, çoxlu sayda yaşayış evi dağılıb.

Məlumata əsasən, ölən və xəsarət alanların əksəriyyəti tələbələrdir.

Ehtimala görə, partlayış neft borusuna qanunsuz müdaxilə nəticəsində baş verib.