ABŞ-da polis koronavirusla bağlı vətəndaşlardan cinayət törətməməyi xahiş etdi

06:00 16-03-2020 317

ABŞ-ın Solt-Leyk-Siti şəhərində (Yuta ştatı) polis vətəndaşlardan koronavirus pandemiyası səngiməyincə fəal cinayətkarlıqla məşğul olmamağı xahiş edib.

“Utah Post” xəbər verir ki, bu yerli sakinlərdən birində koronavirus aşkarlanması ilə bağlıdır.

Bu səbəbdən Polis departamenti növbəti göstəriş gəlmədikcə bütün cinayətlərin sıfıra endirilməsini xahiş edib.

“Gözlənilən əməkdaşlığa görə təşəkkür edirik. Biz sizə nə zaman normal cinayət fəaliyyətinizə qayıda biləcəyiniz barədə məlumat verəcəyik”, - deyə polisin məlumatında deyilir.