ABŞ-da polis bir neçə aydır ki inəyi tuta bilmir

07:20 16-03-2020 320

ABŞ-ın Pembruk şəhərində (Florida ştatı) polis bir neçə aydır ki, fermadan qaçmış inəyi tuta bilmir.

Polis onu təhlükəli hesab etməsə də, hasarlardan tullana bildiyini və hovuzlara girdiyini qeyd edir.

“NV” xəbər verir ki, xüsusi əlamətlər bölümündə inəyin “göründüyündən daha sürətli” olduğu vurğulanır.

Şəhərin Polis departamentinin mətbuat katibi Amanda Konuell polis əməkdaşlarının bir neçə dəfə inəyi tutmağa cəhd etdiyini bildirib.

“Lakin hər dəfə inək onların əlind qurtula bilib”, - deyə A.Konuell əlavə edib.