ABŞ-da rusiyalı kosmonavtları yadplanetlilər kimi qeydiyyata aldılar

08:20 16-03-2020 307

1995-ci ildə “Soyuz” kosmik gəmisində olan rusiyalı kosmonavtlar Vladimir Dejurov və Gennadi Strekalov bürokratik səbəblərdən gülməli vəziyyətə düşüblər.

“Stoliça S” xəbər verir ki, yaranmış çətinliklə bağlı onları yadplanetlilər kimi qeydə alıblar.

ABŞ-ın “Atlantis” kosmik gəmisi “Soyuz”la birləşdikdən sonra hər iki raketin heyəti Yerə qayıtmalı olub.

Lakin məlum olub ki, Dejurov və Strekalovun ABŞ vizası yoxdur.

Nəticədə Birləşmiş Ştatların immiqrasiya xidməti onları yadplanetlilər ("aliens from outer space") kimi qeydiyyata almağa qərara gəlib.

“Onlar bizə “NASA” hüdudlarında gəzməyə icazə vermişdilər. Vizalarımızı isə Hyüston hava limanında, Moskvaya qayıdarkən təqdim etdilər. Rusiyaya qayıtdıqda daha bir problemlə üzləşdik. Pasportlarımızda ölkədən çıxış haqda möhür olmadığına görə bizi hava limanından buraxmırdılar. Gömrükçülər uzun müddət sərhədi hansı istiqamətdə keçdiyimizi soruşurdular. Sonunda onları sərhədi kosmosda keçdiyimizə inandıra bildik”, - deyə Dejurov qeyd edib.