Azərbaycan triatlonçusu Afrikada medal qazandı - FOTO

14:20 16-03-2020 56

Triatlon üzrə Azərbaycan yığma komandasının üzvü Kseniya Levkovskaya bu il beynəlxalq arenada ilk mükafatını qazanıb.

HerGun.Az xəbər verir ki, idmançımız Mavrikidə keçirilən Açıq Afrika Kuboku yarışlarında bürünc medal qazanıb və bununla da ilkə imza atıb.

Levkovskaya su yarışlarında 1500 metrlik məsafəni 21,37 dəqiqəyə üzüb. O, velosipedlə hərəkətlərdə 40 kilometrlik məsafəni 1,03:54 saata qət edib. Yarışların sonuncu mərhələsi – 10 km məsafəyə qaçışda isə Kseniya 37 dəqiqə 21 saniyə nəticə göstərib. Ümumi hesabda Azərbaycan idmançısı 2:03:47 saatlıq göstərici ilə üçüncü yeri tutub.

Qeyd edək ki, Açıq Afrika Kuboku Olimpiadaya lisenziya xalı verən yarış idi.