Rusiya və Ermənistan hava əlaqəsini dayandırır

17:00 16-03-2020 342

Rusiya və Ermənistan müvəqqəti olaraq bir-biri ilə hava əlaqəsini dayandırır.

TASS xəbər verir ki, bu barədə iki ölkənin Baş nazirləri Nikol Paşinyan və Mixail Mişustin telefon söhbətində qərar qəbul ediblər.

Onlar koronavirus səbəbindən bu ölkələr arasında hava nəqliyyatının iki həftəlik dayandırılması barədə razılığa gəliblər.

Bununla yanaşı, hər iki ölkənin vətəndaşları öz ölkələrinə qayıda bilərlər.