MOİK-in oyunçusu: “Koronavirusa qarşı bir yeşik araq almışam”

19:00 16-03-2020 435

“Mənim koronavirusla bağlı heç bir panikam yoxdur. Artıq bir yeşik araq almışam. Bir sözlə, mən hazıram”.  

HerGun.Az xəbər verir ki, bunu Rusiyanın MOİK hokkey komandasının müdafiəçisi Nikita Nesterov deyib.  

26 yaşlı idmançı Kontinental Hokkey Liqası ilə bağlı müsahibə verərkən koronavirusla bağlı suala belə cavab verib: “Mən sadəcə koronavirus haqda düşünmürəm. Həmişə olduğu kimi yaşayıram. Ancaq əllərimi həmişə yuyurdum. Bir sözlə, hər şey qaydasındadır”.  

Səbuhi Musayev