Azərbaycanda beş yaşlı uşaq iynədən şoka düşərək öldü

01:00 17-03-2020 438

Bərdə rayonunda uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.

Report-un məlumata görə, səhər saatlarında beş yaşlı uşağın hərarəti artıb və ona ev şəraitində iynə vurulub.

Azyaşlı uşaq iynədən sonra aneflaktik şok keçirdiyi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Uşağın yolda keçindiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır