Rusiyada uşaq iki gün ölmüş anasının yanında qalıb

04:40 17-03-2020 302

Rusiyanın paytaxtı Moskvada iki yaşlı qız ölmüş anasının yanında iki gün ac-susuz qalıb.

“TASS” xəbər verir ki, uşaqğı Partizanski küçəsində yerləşən evlərdən birində aşkar ediblər.

Həkim müayinəsindən sonra uşağı doğma xalasına veriblər. Məlumata əsasən, körpənin 27 yaşlı anası döyülərək qətlə yetirilib.

Qadının bədənində çoxlu sayda gematom aşkar edilib. Cinayətdə şübhəli bilinən şəxs artıq saxlanılıb.