KTM-yə yerləşdirilən 46 azərbaycanlıda koronavirus aşkarlanmayıb

13:00 17-03-2020 349

Bu vaxta qədər 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) koronavirus şübhəsi ilə yerləşdirilən Azərbaycan vətəndaşlarının heç birində virus aşkar edilməyib.

KTM-dən Trend-ə verilən məlumata görə, hazırda doqquz nəfər stasionar karantin şəraitində saxlanılır:

“Koronavirus xəstəliyi yayılandan bu vaxta qədər mərkəzə 46 nəfər Azərbaycan vətəndaşı gətirilib. Onlardan heç birində koronavirus aşkar edilmədiyi üçün 37-si evə buraxılıb, doqquz nəfər isə karantindədir”.