Bu gün Romadan Bakıya çarter reysi ilə yola düşən Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ

21:40 17-03-2020 342

17 mart 2020-ci il tarixində saat 20:00-da Roma şəhərinin Fiumicino hava limanından Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Aeroportuna AHY4231 nömrəli birbaşa çarter reysinin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycanın İtaliyadakı Səfirliyindən verilən məlumatda belə deyilir. 

İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar oradan Azərbaycana qayıtmaq istəyi ilə Səfirliyə müraciət edərək qeydiyyatdan keçmiş Azərbaycan Respublikası vətəndaşlarının saat 16.00-dan etibarən Fiumicino hava limanının 3-cü terminalında 326-327-328 saylı qeydiyyat masalarına yaxınlaşmaları və növbə gözləyərkən öz aralarında bir metrlik təhlükəsizlik məsafəsinə riayət etmələri xahiş olunur.

Zərurət yaranacağı təqdirdə vətəndaşlardan Səfirliyin aşağıdakı nömrələri ilə əlaqə saxlamaları rica olunur. Telefon nömrəsi: 06 85305557 Qaynar xətt: 349 8155582