Bakıda maşın piyadanı vurub öldürdü - YENİLƏNİB+VİDEO

22:20 18-03-2020 454

Nizami rayonunda piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, qəza metronun “Koroğlu” stansiyasının qarşısında, şəhər istiqamətində qeydə alınıb.  

“99-UO-105” dövlət nömrə nişanlı “Toyota” markalı avtomobil piyadalar üçün nəzərdə tutulmayan hissədən yolu keçən orta yaşlı piyadanı vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. 

Əraziyə DYP əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib. Yolun hadisə baş verən hissəsində sıxlıq yarandığından polis əməkdaşları tənzimləmə işləri aparıb.  

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. 

Qeyd edək ki, hadisə baş verən yerin yaxınlığında yeraltı piyada keçidi var. Hadisənin təfərrüatı araşdırılır.  

Kamil Əmirli  

Orxan Hüseynzadə 

 

20:22

Bakıda maşın piyadanı vurub.

HerGun.Az xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyası yaxınlığında qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib.

Piyada hadisə yerində keçinib. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.