Sürət həddini aşan “Ford” qəbristanlığın məhəccərinə çırpıldı

02:20 19-03-2020 398

Abşeronda yol qəzası qeydə alınıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Xırdalan qəbristanlığı yaxınlığında baş verib.

Magistral yolda hərəkət edən “Ford” markalı, “99-XK-325” dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq dəmir məhəccərə çırpılıb. Hadisə zamanı ölən və ya xəsarət alan olmasa da avtomobilə ziyan dəyib.

Qəzaya sürücünün sürət həddini aşması səbəb göstərilir.

Faktla bağlı araşdırma aparılır.