Rumıniyada həbsxanada baş verən yanğın zamanı üç nəfər həlak olub

02:40 19-03-2020 384

Rumıniyanın Satu-Mare şəhərindən yerləşən həbsxanaların birində etiraz edən məhbuslar yanğın törədib.

“Ren TV” xəbər verir ki, narazı kütlə yataq matraslarını yandırıb.

Hadisə yerinə yanğın söndürənlər və təcili yardım briqadası cəlb olunub.

Məlumata əsasən, yanğın nəticəsində üç məhbus həyatını itirib.