Məşhur çempionlarımızdan koronavirusla bağlı məsləhətlər - VİDEO

11:40 19-03-2020 458

Azərbaycanın məşhur idmançıları və idman veteranları koronavirus əleyhinə mübarizə aparmaq üçün bir sıra tövsiyələrini açıqlayblar. 

HerGun.Az xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) gerçəkləşdirdiyi layihədə Olimpiya və dünya çempionları əhalini təlaşlanmamağa, hökumətin tətbiq etdiyi qaydalara riayət etməyə səsləyiblər.

Videoçarxda cüdo üzrə Paralimpiya çempionu İlham Zəkiyev, karate üzrə dünya çempionu Rafael Ağayev, güləş üzrə Olimpiya çempionu Namiq Abdullayev, atıcılıq üzrə Olimpiya çempionu Zemfira Meftəhəddinova və AİJF İdarə Heyətinin üzvü, ATV telekanalının aparıcısı Sənan Şəfizadə çəkiliblər.