Hansı şəxslər koronavirus testindən keçirilə bilər?

17:40 19-03-2020 362

“COVID-19 testinin şəxsi istəyə bağlı olmaması tövsiyə olunur”.

HerGun.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər üzrə mütəxəssis Fərrux Sədirov məlumat verib.

Onun sözlərinə görə, koronavirus testinin şəxsi istəyə bağlı olmamasını Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da tövsiyə edir:
 
“Əgər özünüzdə xəstəlik əlamətləri hiss edirsinizsə, “103” və “113” xidməti tərəfindən sizə suallar veriləcək. Lazım olan təqdirdə siz müayinə olunacaqsınız. Əgər koronavirusla bağlı yüksək şübhəli məqamlar ortaya çıxarsa, o zaman test olunacaq”.

Könül Cəfərli