Əlcəzair Kot-d'İvuarı məğlub etdi – Əlcəzairlilər Parisin mərkəzini dağıtdı – VİDEO

07:27 12-07-2019 81

Əlcəzair əsilli futbol azarkeşləri Parisin mərkəzində kütləvi iğtişaş törədib.

RİA Novosti” xəbər verir ki, azarkeşlər Əlçəzair yığmasının Afrika Kubokunun ¼ finalında Kot-d'İvuar yığması üzərində qələbəsini qeyd etmək üçün Elisey çöllərinə toplaşıblar.

İğtişaşlar gecə yarısı başlayıb. Bir necə qrup azarkeş yaxılıqda yerləşən mağazaların vitrinlərini dağıdıb onları qarət ediblər.

Polis kütləyə qarşı gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

Qeyd edək ki, Əlçəzair yığmasının Afrika Kubokunun ¼ finalında Kot-d'İvuarı məğlub edib (1:1 - əsas vaxt, 4:3 - penaltilər) yarımfinala vəsiqə qazanıb.