Braziliya prezidenti oğlunu ABŞ-a səfir təyin etmək istəyir

07:45 12-07-2019 704

Braziliya prezidenti Jair Bolsonaru öz oğlu Eduardo Bolsonarunu ölkəsinin ABŞ-dakı səfiri təyin etmək istəyir.

TASS” xəbər verir ki, bunu J.Bolsonaru jurnalistlərə açıqlamasında deyib.

“O, Trampın uşaqları ilə dostluq edir, ingilis və ispan dillərini bilir, xaricdə həyat təcrübəsinə malikdir. Mənim fikrimcə, o bu vəzifəyə çox uyğun gəlir və Vaşinqtonda iş ilə çox yaxşı bacarar”, - deyə, prezident bildirib.

Eduardo Bolsonaru - Braziliya liderinin üçuncü oğludur, hazırda parlamentin Beynəlxalq əlaqələr komitəsinin sədri vəzifəsində çalışır.