Beton pompalayan maşın iş başında aşıb – VİDEO

04:20 20-03-2020 413

Paytaxtın Xətai rayonunda beton pompalayan maşın iş başında aşıb.

HerGun.Az xəbər verir ki, hadisə Gəncə prospektində qeydə alınıb.

Prospektdə bina tikintisi zamanı təhlükəsizlik qaydalarına riayət olunmadığı üçün avtomaşının dayaqları boşluğa düşüb və tikinti sahəsinə aşıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Qəza yerində özlərini şirkətin əməkdaşları kimi təqdim edən bir qrup şəxs çəkilişə mane olmağa çalışıblar.

Unutmayaq ki, jurnalistin peşə fəaliyyəti və hüquqları qanunla tənzimlənilir.