Bakı Media Mərkəzinin qeyri-adi Novruz hədiyyəsi - VİDEO

20:40 20-03-2020 322

Əminik ki, bayram ərəfəsində birdən-birə internet məkanında, xüsusilə sosial şəbəkələrdə peyda olan qeyri-adi Novruz videoları rastınıza çıxıb.  

Kəndirbazın “Alov qüllələri” üzəridəki təhlükəli keçidi, milli papaq formasında böyük Novruz xonçasının mərkəzi Azneft meydanını bəzəməsi, Metropolitenin xidmətindən istifadə edən qoz, fındıq, badam “komandası”, piyada keçidindən yuvarlanaraq keçən rəngli yumurtalar, şəkərbura yelkənli paxlava-qayıq və s.  

Sadə vətəndaşlar və sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanan bu videolar Bakı Media Mərkəzinin Novruz bayramına qeyri-adi hədiyyəsidir. Mərkəzin yaradıcı kollektivi xalqımızın ən sevimli bayramının atributlarını məhz belə fərqli formada izləyicilərə təqdim etmək qərarına gəldilər.  

Ümid edirik ki, bu videolar, bir anda bəşəriyyətin “baş bəlasına” çevrilən “koronavirus” xəstəliyinin bütün dünyada tüğyan etdiyi bir dövrdə sizi təmkinli olmağa, əhvalınızı daim yüksək tutmağa yardım edəcək. 

Bakı Media Mərkəzi olaraq hazırladığımız bu videoçarx qoy hər evə, hər ailəyə, hər bir Azərbaycan vətəndaşına bayram ovqatı və sevinc gətirsin.  

Novruz bayramınız mübarək!  

Həmin videonu Bakı Media Mərkəzinin sosial şəbəkədəki səhifələrindən izləyə bilərsiniz: