“Formula 1”: Azərbaycanda 2 Qran-pri keçirilə bilər

21:20 20-03-2020 19

Avstriyanın “Red-Bull” komandasının yarışlar üzrə məsləhətçisi Helmut Marko “Formula 1”in təqvimindəki hazırkı vəziyyəti dəyərləndirib. 

“Report” “Motorsport Total”a istinadən xəbər verir ki, o, koronavirus pandemiyasına görə təqvimdə yaranmış sıxlığı aradan qaldırmaq üçün bir neçə variant təklif edib. 

H.Marko bildirib ki, cümə məşqləri olmadan ikigünlük uik-end yarışları keçirmək olar.  

Məsləhətçi həmçinin bəzi trasslarda iki Qran-pri təşkil etməyin mümkünlüyü barədə də müzakirələrin olduğunu gizlətməyib. 

Qeyd edək ki, “Formula 1”də Azərbaycan Qran-prisinə kimi bütün yarışlar təxirə salınıb. Bakıdakı yarış 5 -7 iyunda keçirilməlidir.