Zelenski: “Anamı evdə oturmağa zorla razı saldım”

16:00 21-03-2020 345

Ukrayna prezidenti Vladimir Zelenski koronavirus epidemiyası ilə əlaqədar olaraq, anasını evdən çıxmağağa razı saldığını deyib və vətəndaşları öz ailə böyükləri arasında bu mövzuda təbliğat aparmağa çağırıb.

“HaberGlobal”ın məlumatına görə, bu barədə dövlət başçısı COVID-19 virusunun yayılması ilə əlaqədar xalqa müraciəti zamanı bildirib.

Onun sözlərinə görə, anası əvvəlcə bu fikrə soyuq yanaşıb, bazarlıq zamanı ən yaxşı meyvə-tərəvəzi ancaq özünün seçdiyini deyərək, evdə qalma təklifinə etiraz edib. Buna rəğmən Zelenski onu ən zəruri hallarda evdən çıxmağa razı sala bilib.

Prezident xalqa müraciəti zamanı vətəndaşları həmçinin yaşlı qohumları ilə tez-tez əlaqə saxlayıb halları ilə maraqlanmağa, onlara yardım etməyə və internetdən bazarlıq etməyi öyrətməyə çağırıb.

Son məlumatlara görə, Ukraynada üç nəfər koronavirusdan həyatını itirib. Yoluxanların sayı isə 41 nəfərə yüksəlib.